Hindistanın cənubundakı Kerala ştatında atəşfəşanlıq anbarında partlayış nəticəsində 150-dən çox insan yaralanıb. Onlardan 8-inin vəziyyəti kritikdir.
Bu barədə “India Today” telekanalı polisə istinadən məlumat yayıb.
Hadisə, yüzlərlə insanın Divali bayramını qeyd etmək üçün toplaşdığı məbədin yaxınlığında yerləşən atəşfəşanlıq anbarının yanında baş verib. Polis hazırda anbarda baş verən yanğının səbəblərini araşdırır.
Məlumata görə, səkkiz nəfərin vəziyyəti ağırdır və bütün yaralılar xəstəxanaya çatdırılıb.
Divali bayramı Hindistanda şərin üzərində yaxşılığın qələbəsini simvolizə edən əsas bayramlardan biridir. Bu bayramda evlər çələnglərlə bəzədilir, şamlar və fənərlər yandırılır, atəşfəşanlıq nümayiş etdirilir.