Hindistanda 7 turdan ibarət seçkilərin 4-cü turu başlayıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Dünyanın ən çox əhalisi olan ölkədə parlament seçkiləri aprelin 19-da başlayıb. 1 milyarda yaxın insanın səsvermə hüququ var. İyunun 4-də bülletenlər hesablanacaq.
Hindistanın baş naziri Narendra Modi üçüncü dəfə yenidən seçilmək istəyir. Onun “Hindistan Xalq Partiyası” (BJP – Bharatiya Janata Partiyası) iyirmidən çox müxalifət partiyasının koalisiyasına qarşı mübarizə aparır.
Mayın 13-də 10 ştat və ərazidə 96 parlament mandatı üçün seçkilər keçiriləcək.
Hindistan parlamentinin aşağı palatası Lok Sabha 543 üzvdən ibarətdir.