Hindistanda son bir neçə gündə istilər səbəbindən ən azı 166 nəfər ölüb, daha bir neçə yüz nəfər xəstəxanaya yerləşdirilib.
Vətəninfo.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Uttar Pradeş (119 ölüm) və Bihar (47 ölüm) ştatlarında anomal istilər qeydə alınıb.
Bəzi rayonlarda havanın temperaturu 43,5 dərəcəyə çatıb.
Bihar əyalətinin inzibati mərkəzi olan Patna şəhərinin məktəblərində iyunun 24-dək tətil elan edilib.
Yerli hakimiyyət sakinləri gün ərzində evdə qalmağa çağırıb.


























