image-1backend

Hindistanda  İrana bağlı orqan alveri şəbəkəsi aşkarlanıb 

image-reklam_sirab_01

Vətəninfo.az “Əl-Ərəbiyyə” saytına istinadən  xəbər verib ki, dünən Hindistan polisi İranla əlaqəli insan orqanı alveri ilə məşğul olan şəbəkənin aşkarlandığını açıqlayıb.
Hindistanın yerli “Dehindo” qəzetinin məlumatına görə, bu şəbəkə daha öncələr orqan transplantasiyası üçün insanları Haydərabaddan İrana keçirib.
Hindistan mediası həbs edilən təqsirkarların insanları orqanlarının qanunsuz satmaq üçün İrana qaçaq yolla apardığını etiraf etdiklərini yazıb.
Adıçəkilən qrupun lideri Səbit Naser də etiraf edib ki, 2019-cu ildən bəri Hindistan və Banqladeşdən qaçaq yolla İrana çox sayda insanı bədən üzvlərini, xüsusilə də böyrəklərini satmaq üçün aparıb.
Polis həmin şəxslərin İran, Küveyt və Şri-Lankada böyük orqan alveri şəbəkəsinin bir hissəsi olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki