image-1backend

Hindistanda әsgәrlәrlә üsyançılar arasında qarşıdurma olub

image-reklam_sirab_01

Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 7 Hindistan əsgəri və 6 üsyançı həlak olub.

Vətəninfo.az xəbər verir ki, yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, Hindistan әsgәrlәrini daşıyan avtomobil Cammu və Kəşmirin Maçedi bölgəsində hücuma məruz qalıb.

Səlahiyyətlilər hücum nәticәsindә 5 əsgərin öldüyünü, 6 əsgərin yaralandığını, qaçan üsyançıların saxlanılması istiqamәtindә əməliyyatların hәyata keçirildiyini açıqlayıb.

Kulqam bölgəsində baş verən iki ayrı qarşıdurmada 2 əsgər həyatını itirib, 6 üsyançı da həlak olub.

Hücumların Baş nazir Narendra Modinin Rusiyaya səfəri zamanı baş verməsi diqqət çəkib.

Son zamanlar Cammu və Kəşmirdə hücumların sayının artdığı müşahidә olunub.

İyunun 9-da hindistanlı zəvvarları daşıyan avtobusa silahlı hücum nəticəsində 9 nəfər həyatını itirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki