Ukrayna ilə bağlı mövzular G20-nin gündəliyindən kənarda qalıb. Hindistan diqqəti inkişaf etməkdə olan ölkələrin problemlərinə yönəltməyi bacarıb.
Vətəninfo.az “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar iyunun 12-də jurnalistlərlə görüşündə G20 ölkələrinin nazirlərinin görüşünə yekun vurarkən bildirib.
“Keçən il əsas diqqətin Ukraynadakı münaqişəyə yönəldiyi aydın idi. Zaman keçdikcə bu münaqişə və onun nəticələrinin qida və yanacaq çatışmazlığından əziyyət çəkən ölkələrin olduğu cənubun real problemlərini kölgədə qoymamalı və ya tamamilə arxa plana keçirməməli olduğu kök salmağa başladı”, – deyə XİN rəhbəri bildirib.
O vurğulayıb ki, bütün bunlara baxmayaraq, Ukraynada münaqişənin ciddiliyi heç də azalmayıb.