Hindistanın şərqindəki Odişa ştatında ekstremal hava şəraiti nəticəsində ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Times of India” məlumat yayıb .
Onun sözlərinə görə, insanların ölümü sentyabrın 2-də baş verib, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.
Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən yaxın iki gündə ölkənin şərqində hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.
Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım çaxması nəticəsində 907 nəfər həlak olub.


























