Ermənistanın şimalında yerləşən İcevan şəhərində yerli zavodda işləyən bir qrup Hindistan vətəndaşı etiraz aksiyası keçirib. VİDEO
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçılar İcevanda dövlətlərarası avtomobil yolunu bağlayıblar.
İştirakçıların sözlərinə görə, narazılığa səbəb maaşların gecikdirilməsi olub. Fəhlələr dəfələrlə müəssisə rəhbərliyi ilə əlaqə saxladıqlarını, lakin vəziyyətin həll olunmadığını bildiriblər.