image-image_750x_664db37f6baf0backend

Hitlerin qərargahında insan skeleti tapıldı

image-reklam_sirab_01

Polşa və alman arxeoloqları Nasist Almaniyasının bir zamanlar lideri olan Adolf Hitlerin Polşadakı “Qurd yuvası” adlı qərargahında, Reyxin mənzili ərazisində yeni doğulmuş uşaq da daxil olmaqla beş insan qalığı aşkar ediblər. Vətəninfo.az  xəbər verir ki, yerli mətbuatın məlumatına görə, insan qalıqlarının heç bir üzvü olmayıb. Arxeoloqlardan biri Oktavian Bartoşevski tapıntıdan təəccübləndiklərini bildirib. İnsan qalıqları demək olar ki, təsadüfən tapılıb.

Ərazi yaxşı tədqiq edildiyi üçün oradan yeni nəsə kəşf oluna biləcəyi ehtimalı belə hesab edilmirdi. Köhnə taxta döşəmə arxeoloqlardan birinin diqqətini çəkib. Araşdırma zamanı məlum olub ki, orada su borusu və insan kəlləsinin qalıqları var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki