“Hizbullah”ın yeni baş katibi seçildikdən sonra ilk çıxışında tərəfdarlarına bütün fədakarlıqlara baxmayaraq İsrail üzərində qələbə vəd etdi.
Naim Kassem həmçinin təşkilatın mərhum lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyinə söz verib. Hərəkat rəhbəri qeyd edib ki, “Hizbullah” Qəzza zolağında Fələstin müqavimətinə dəstəyi dayandırmayacaq.