image-1backend

”Hizbullah” İsrailə ağır zərbələr endirdiyini açıqladı

image-reklam_sirab_01

“Hizbullah” Livanın cənubundakı İsrail əsgərlərini və İsrailin şimalındakı iki hərbi bazanı hədəf aldığını açıqlayıb. Bəyanatda Livanın cənubundakı Merkeba qəsəbəsindəki İsrail əsgərlərinin raketlərlə hədəf alındığı bildirilib.

Eyni zamanda, İsrailin şimalındakı Beriya bazasındakı əsgərlərə də hücum edildiyi qeyd edilib. Tiberiya gölünün qərbində yerləşən Samson bazasının və Hayfa şəhərinin də hədəf alındığı vurğulanıb.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Livandan atılan raketlərə adekvat cavab verildikdən sonra Hadera şəhərində yanğın baş verib. Yanğına 12 yanğınsöndürən briqadanın müdaxilə etdiyi bildirilib.

Qərbi Qalileydəki Şilomi qəsəbəsinə endirilən zərbələr nəticəsində də yanğın baş verdiyi qeyd olunub. Yanğına 13 yanğınsöndürmə briqadasının müdaxilə etdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki