image-1backend

“Hizbullah” İsrailin hərbi hava limanına və hərbi bazasına raket zərbəsi endirdi

image-reklam_sirab_01
Livanın “Hizbullah” hərəkatı gecə saatlarında İsrailin Afula bölgəsindəki hərbi hava limanına və Ramat-David aviabazasına ağır raketlərlə hücum edib. Bu barədə Vətəninfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Hizbullah hərbçiləri bəyanat yayaraq, İslami Müqavimətin Afula şəhərinin qərb hissəsindəki Magido hərbi hava limanını Fadi-1 və Fadi-2 raketləri ilə vurduğunu bildirib. İkinci açıqlamada “Hizbullah” hərbçiləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus “Ramat David” hərbi bazasının “Fadi-2” raketləri ilə vurulduğunu bildirib.

Əl-Mənar telekanalının məlumatına görə, sentyabrın 23-də Hizbullah “İsrailin Livanda davam edən hücumuna cavab verib, İslam müqavimət döyüşçüləri işğal olunmuş Fələstinin şimalında, o cümlədən Hayfa və Tiberiya yaxınlığındakı İsrail hədəflərinə hücum edib”.

İsrail Müdafiə Qüvvələri (IDF) Livan tərəfindən gecə və səhər onlarla raket atıldığını, əksəriyyətinin vurulduğunu bildirib. IPB həmçinin son bir gündə “Hizbullah”ın 1600-ə yaxın hədəfini vurduğunu bildirib. Livanda qurbanların sayı 490-ı ötüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki