image-1backend

Hizbullah İsrailin hərbi maşını vurdu- Ölənlər var

image-reklam_sirab_01

Şiə silahlı qruplaşması “Hizbullah” Livan ərazisindən əməliyyat keçirərək İsrailin şimalında hərbi maşına raketlə hücum edib. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS yazır.

Yuxarı Qalileydə Metula qəsəbəsi yaxınlığında yerləşən zirehli maşına tank əleyhinə idarə olunan raketin atıldığı bildirilir. Birbaşa zərbə nəticəsində zirehli personal daşıyıcısı məhv edildi, ekipaj həlak oldu.

Bundan əvvəl Hizbullaha məxsus kamikadze pilotsuz uçan aparat Kibbutz Misqav Amdakı hərbi obyektə hücum edərək, hücum yerində yanğına səbəb olmuşdu.

Hizbullah bəyan edib ki, bu hücumlar İsrailin Qəzza zolağına təcavüzü ilə mübarizədə Fələstin xalqına dəstək olmaq məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki