image-1backend

“Hizbullah” lideri:”Təl-Əvivi vurmaq planımız  yoxdur”

image-reklam_sirab_01

Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah televiziya ilə çıxışında bildirib ki, hərəkat Təl-Əvivə, Ben Qurion hava limanına və ya İsrail Müdafiə Nazirliyinin binasına hücum etməyi planlaşdırmır. Vətəninfo.az xəbər verir ki, bu barədə  Əl-Cəzirə xəbər yayıb.

O əlavə edib ki, Livan hərəkatı bugünkü hücum zamanı dəqiq raketlərdən istifadə etmək niyyətində olmasa da, yaxın gələcəkdə onlardan istifadə edə bilər.

“Hizbullah” liderinin sözlərinə görə, İsrail hərbi bazası İsrailin Livanla sərhədindən təxminən 100 km aralıda yerləşirdi.

Nəsrullah deyib ki, İsrail daxilində “əməliyyatın əsas hədəfi” İsrailin əsas hərbi kəşfiyyat bazası olan Gillot bazası olub.

O, İsrail hərbçilərinin hərəkatın əməliyyatlarına başlamasına 30 dəqiqə qalmış Livana zərbələr endirməyə başladığını qeyd edərək, vurulan ərazilərin əməliyyatla heç bir əlaqəsi olmadığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki