image-reklam-veteninfo
image-1backend

“Hizbullah” silahı təhvil verməyəcək – Naim Qasim İsraili HƏDƏLƏDİ

image-reklam-veteninfo

“Hizbullah” təşkilatının baş katibi Naim Qasim bildirib ki, hərəkat Livan hakimiyyətinə silah təhvil vermək niyyətində deyil. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Qasimin sözlərinə görə, İsrail Livan ərazilərinə hücumları və işğalı davam etdirdiyi müddətcə “Hizbullah” silahından imtina etməyəcək.

Baş katib xəbərdarlıq edib ki, əgər Livan hökuməti “Hizbullah”a qarşı hərəkətə keçsə, ölkədə “həyat olmayacaq”. O, hökuməti İsrailə dəstək verməkdə və “döyüşçülərlə yanaşı, mülki vətəndaşların qətlində iştirakda” ittiham edib. Qasim, Livanda baş verə biləcək istənilən münaqişə və dağıntılara görə məsuliyyətin rəsmi Beyrutun üzərində olacağını bildirib.

Aksiyalar təxirə salınıb, ABŞ səfirliyinə yürüş istisna edilmir

Qasim əlavə edib ki, “Hizbullah” və onun müttəfiqi olan “Əməl” partiyası silahsızlaşdırma planına qarşı etiraz aksiyalarını müvəqqəti təxirə salıblar. Onun sözlərinə görə, təşkilatlar hələlik dialoqa ümid edir. Lakin gələcəkdə etirazların ABŞ-ın Livandakı səfirliyi qarşısına qədər genişlənə biləcəyi istisna olunmur.

Hökumət ABŞ planını dəstəkləyib

Qeyd edək ki, ötən həftə Livan hökuməti ABŞ tərəfindən irəli sürülən, “Hizbullah”ın tərksilah edilməsi, İsrail hücumlarının dayandırılması və İsrail qüvvələrinin Livan ərazilərindən çıxarılmasını nəzərdə tutan beynəlxalq vasitəçilik təklifini dəstəkləyib. Bu barədə ölkənin informasiya naziri Pol Morkos məlumat verib.

Nazir əlavə edib ki, hökumət silah üzərində dövlət inhisarını təsdiqləyib və Livanın cənubuna ordu qüvvələrinin göndərilməsi barədə qərar qəbul olunub. Lakin planın konkret icra tarixi və detalları hələlik müəyyənləşdirilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki