image-3backend

Honkonq Kore Akademiyasının əməkdaşları Ədəbiyyat İnstitutunun nəzdindəki Çin Mədəniyyət Mərkəzi ilə tanış olublar

image-reklam_sirab_01

Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini prof. Raymond J.Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar.
Qonaqlar institutun nəzdində fəaliyyət göstərən Çin Mədəniyyət Mərkəzi ilə yaxından tanış olublar. Burada onlara bildirilib ki, Mərkəzin əməkdaşı Nərgiz Kərimova tərəfindən ölkəmizdə ilk dəfə olaraq Çin-Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Həmçinin burada Çin dilinin tədris olunduğu diqqətə çatdırılıb.
Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov isə rəhbərlik etdiyi şöbədə Çin ədəbiyyatı, mədəniyyətinə dair aparılan tədqiqatlar barədə məlumat verib. Azərbaycan-Çin ədəbi əlaqələrinə dair kitabın hazırlandığını, çinli alimlərlə birgə birgə konfransların keçirildiyini vurğulayıb.
Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei isə öz növbəsində Çin Mədəniyyət Mərkəzinin və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin fəaliyyətindən razı qaldıqlarını bildirib, Ədəbiyyat İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki