image-reklam-veteninfo
image-1backend

Hörmüz boğazı tezliklə açılacaq- Tramp

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp İranın artıq nüvə silahı istehsal etmək qabiliyyətinin olmadığını və bu faktın rəsmi olaraq sənədləşdirilməli olduğunu iddia edir.

Vətəninfo.az xəbər verir ki, Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, “İranın heç vaxt nüvə silahı olmayacaq. Onlar artıq bunu edə bilməzlər, amma bu, rəsmi olaraq sənədləşdiriləcək”.
Amerika lideri qeyd edib ki, İranla danışıqlar avqustun 4-də davam edib.
“Onlar çərşənbə axşamı bütün günü danışıqlar aparıblar, görünür, hər şey çox yaxşı gedir”, – deyə o bildirib.

Tramp müvafiq açıqlamanı “Axios” qəzetində ABŞ, İran və Omanın Hörmüz boğazında işlərin bərpası ilə bağlı müvəqqəti razılaşma imzalamağa yaxın olduqları barədə dərc olunması fonunda verib.
ABŞ prezidenti həmçinin Hörmüz boğazının tezliklə açılacağını da qeyd edib.

Tramp bildirib ki, “Əgər onlar yenidən geri çəkilsələr, çox ağır zərbə alacaqlar”.

O, hazırda “yaxşı danışıqlar” aparıldığı üçün güc tətbiqinə ehtiyac olmayacağına ümid etdiyini bildirdi.

Eyni zamanda, Tramp İranla danışıqlar aparmaq üçün kifayət qədər vaxtına malik olduğuna inanır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki