Hörmüz boğazının cənub hissəsində bir neçə güclü partlayışın baş verdiyi bildirilir.
Vətəninfo.az IRIB News-ə istinadən verdiyi xəbərə görə, partlayışlara neft tankerlərinin dəniz minalarına toxunması səbəb ola bilər.
Məlumatda qeyd olunur ki, sözügedən gəmilər İran hakimiyyətinin icazə vermədiyi naviqasiya marşrutu ilə hərəkət ediblər.
Hadisənin dəqiq səbəbləri, tankerlərin vəziyyəti və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.
Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


























