Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa İttifaqı sammitində görüşəcəklər. İclasda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz iştirak edəcək.
Gündəlik hələ məlum olmasada erməni nəşri “Hraparaq” iddialarla dolu yayımlayıb. Erməni nəşri iddia edir ki, “Zəngəzur dəhlizi”üçün son gün oktyabrın 5-dir. Məhz həmin gün , “Zəngəzur dəhlizi”nin taleyinə aydınlıəq gələcək.
“Ya bu dəhliz Ermənistandan, ya da İrandan kecəcək. Bu Rəsmi İrəvana verilən son şansdır”-nəşr yazıb.


























