image-11backend

Hulusi Akar: ”Suriyanın şimalında PKK/YPG-nin 8 üzvü zərərsizləşdirilib”

image-reklam_sirab_01

Suriyanın şimalında terror təşkilatı PKK/YPG-nin 8 üzvü də zərərsizləşdirilib. Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə etdiyi çıxışında bildirib.

Hulusi Akar terrorçulara qarşı aparılan mübarizə ilə bağlı açıqlama verib. O, 2015-ci ilin 24 iyul tarixindən etibarən terrora qarşı qətiyyətli mübarizənin aparıldığını deyib.

“Həmin tarixdən etibarən 37 793 terrorçu zərərsizləşdirilib. Onların sığınacaqları, mağaraları və yuvaları məhv edilib. Bu çərçivədə Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib.Son 10 gündə zərərsizləşdirilən terrorçuların sayı 50-yə çatıb”,- deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Hulusi Akar terrorla mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki