Yəmənin Ənsar Allah hərəkatının husiləri Tel-Əvivin Ben Qurion hava limanına və İsrailin şərqindəki Sdot Miha hərbi bazasına hücumlar həyata keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
“Raket qüvvələri Sdot Miha bazasını vuraraq, iki ballistik raketdən, o cümlədən bir Fələstin-2 hipersəs raketindən istifadə edərək hərbi əməliyyat həyata keçirib”, o, Al Masirah telekanalında bildirib.
Husilər həmçinin Zülfiqar raketi ilə Ben Qurion hava limanına hücum edib və İsrailin cənub-qərbindəki Aşkelon şəhəri yaxınlığındakı hədəflərə pilotsuz təyyarələrlə zərbələr endiriblər, Sariah deyib.