Yəmənin Hodeyda limanı yaxınlığında Qırmızı dənizdə yunan tankeri yandırlılb.
Vətəninfo.az Associated Press agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə avqustun 21-də Britaniya Dəniz Ticarət İdarəsi (UKMTO) məlumat yayıb.
Britaniya agentliyinin məlumatına görə, tanker dörd dəfə atəşə tutulub.
Mənbənin məlumatına görə, Yunanıstanın Ticarət Donanması Nazirliyi aydınlaşdırıb ki, söhbət 25 ekipaj üzvü ilə Yunanıstan bayrağı altında İraqdan Kiprə üzən Sounion gəmisindən gedir.