image-reklam-veteninfo
image-1backend

Husilərə silahı İran ötürür – Döyüş Silahlarının Tədqiqatları Mərkəzi

image-reklam-veteninfo

Dünən Britaniyada yerləşən Döyüş Silahlarının Tədqiqatları Mərkəzi (CAR) yeni hesabatında Yəməndəki “Ənsar Allah” (husilər) qruplaşmasının İranla əlaqəli silah təchizatı şəbəkələri ilə güclü əlaqələrinin davam etdiyini bildirib.

Hesabatda qeyd olunur ki, husilər hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, müasir hərbi texnologiyalara və silahlara çıxış əldə etmək üçün xarici dəstəyə, xüsusilə də qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən silah daşınmalarına bel bağlayır.

CAR-ın araşdırmasına görə, Yəmən hökumətinin İran və İsrail arasında atəşkəsin elan edilməsindən iki gün sonra ələ keçirdiyi böyük dəniz yükü, bu günə qədər “İranın qabaqcıl silahlarının ən böyük müsadirəsi” kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki