image-1backend

İbrahim Kalın:”Heç bir haqsız hərəkət cəzasız qalmayacaq”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib:
“Heç bir haqsız hərəkət cəzasız qalmayacaq. Dövlətə və xalqa qarşı edilən heç bir xəyanət cəzasız qalmayacaq”.
Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Milli Kəşfiyyat Təşkilatının 97-ci ildönümü münasibətilə paytaxt Ankarada keçirilən tədbirdə çıxış edib.
”Güclü Türkiyənin bölgə və dünya sülhü üçün vaz keçilməz olduğuna inanırıq”,-deyə İbrahim Kalın vurğulayıb.
“Biz vətənimizi quruda, dənizdə, havada, kosmosda və kiber dünyada qorumaq üçün strateji bütövlüklə hərəkət edirik” deyən İbrahim Kalın bildirib ki, heç bir haqsız hərəkət cəzasız qalmayacaq. Dövlətə və xalqa qarşı edilən heç bir xəyanət cəzasız qalmayacaq.
Milli Kəşfiyyat Təşkilatının rəhbəri həmçinin deyib:“Türkiyənin kəşfiyyat nəzəriyyəsində söz sahibi olması məqsədilə Milli Kəşfiyyat Akademiyasının yaradıldığını elan etdiyim üçün xoşbəxtəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki