Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.
Qaynarinfo-nun məlumatına görə, həmin görüş zalında sakinlərin oturduğu hissədə deyil, Əkbər Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib.

İcra başçısının keçirdiyi görüş zalında istilik olmaması və buna görə Əkbər Abbasov oturduğu masanın arxasına elektrik sobasının (peçka) qoyulması müzakirələrə səbəb olub.
Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib.

