2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağstafada ağacəkmə aksiyaları davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilinölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlərin, o cümlədən ağacəkmə aksiyalarının təşkili işləri davam etdirilir.
Növbəti start verilən ağacəkmə aksiyalarırayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarını əhatə edir və Ağstafa RİH başçısı Seymur Orucov, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, könüllü gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Aksiyalar çərçivəsində Bakı-Qazax-Gürcüstan və Ağstafa-Sadıqlı-Gürcüstanla dövlət sərhəddiavtomobil yollarının rayon ərazisində keçən hissələri boyunca – Ağstafa şəhəri, Saloğlu qəsəbəsi, Köçəsgər, Qırılı, Dağ Kəsəmən, Xətai, Poylu, Köçvəlili və Muğanlı kənd yaşayış məntəqələrində eldar şamı, sərv, göyrüş, akasiyavə tut növlərindən olan on mindən çox ağac tingiəkiləcəkdir. Ekoloji sağlamlığın və ətraf mühitin qorunması məqsədi ilə salınan yaşıllıq zonalarına bütün zəruri aqrotexniki qulluq göstərilir.