image-photo_203250backend

İcra edilən edam hökmlərinin 70 faizi İranın payına düşür

image-reklam_sirab_01

Afrikanın şimalı və Yaxın Şərqdə icra edilən edam hökmlərinin 70 faizi İranın payına düşür.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Amnesty International”ın 2022-ci il üzrə yaydığı hesabatında bildirilib.

Məlumata görə, Afrikanın şimalında və Yaxın Şərqdə 2022-ci ildə 2021-ci illə müqayisədə edamların sayı 59 faiz artıb. Başqa sözlə, ötən il 825 edam hökmü icra olunub. 2021-ci ildə isə bu rəqəm 520 olub. Bunların 70 faizi, yəni 578-i İranda icra edilib.

Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, ötən il İranda məlum olan edamların sayı əvvəlki illə müqayisədə 83 faiz artıb. Bu ölkədə əsasən qətl və narkotiklə əlaqəli cinayətlərə görə edamların sayının artdığı ehtimal olunur.

Təşkilat həmçinin 2022-ci ildə 18 yaşına çatmamış ən azı 5 nəfərin edam edilməsini beynəlxalq standartların və qanunların pozulması kimi qiymətləndirib. Bu hesabatda İranın bir neçə fiziki və əqli qüsurlu şəxsləri edam etməsi beynəlxalq standartların növbəti pozuntusu kimi göstərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki