image-reklam-veteninfo
image-5backend

İctimai Birliyin üzvləri Amputant Futbol Komandası ilə görüşüb

image-reklam-veteninfo
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri Azərbaycan Amputant Futbol Komandası ilə görüşüblər

Bu barədə Vətəninfo.az-a “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin oktyabr ayının 17,18 və 19 da  Azərbaycanda keçiriləcək Millətlər Liqası C qrupu mərhələsində Ukrayna, Belçika, İsrayil, Hollandiya komandaları ilə qarşılaşm öncəsi Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri Azərbaycan Amputant Futbol Komandası ilə görüş keçiriblər.

Görüşün əsas məqsədi qarşıdakı beynəlxalq oyunlar öncəsi komandaya mənəvi və psixoloji dəstək göstərmək, həmçinin oyunlar zamanı azarkeş dəstəyini ifadə etmək olub.

İctimai Birliyin sədri Bəhruz Məmmədzadə komanda üzvlərinə bildirib ki, onların fəaliyyəti cəmiyyətə əzmkarlığın və iradənin bariz nümunəsini nümayiş etdirir. O, çıxışında qeyd edib:

“Əminəm ki, oyun öncəsi və oyun zamanı insanlarımız sizi tək buraxmayacaq.”

Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov isə bildirib:

“Fiziki məhdudiyyətlərə baxmayaraq, meydanda göstərdiyiniz qətiyyət, fədakarlıq və komanda ruhu göstərir ki, qarşıdan gələn oyunlarda ən yüksək performansı nümayiş etdirəcəksiniz.”

İdarə heyətinin digər üzvləri də çıxış edərək komandaya uğurlar və qələbə arzularını ifadə ediblər.

Azərbaycan Amputant Futbol Komandasının rəhbəri Elnur Sadıqov və futbolçular bu görüşün komanda üçün çox vacib və motivasiyaedici olduğunu vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Amputant Futbol Komandasının üzvləri Birinci Qarabağ və Vətən müharibəsi qaziləridir. Onlar eyni zamanda Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin fəal üzvləridir.

Görüşün sonunda hər iki tərəf bir-birinə hədiyyələr və fəxri fərmanlar təqdim ediblər və xatirə şəkili çəkdiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki