image-3333backend

İDDİA: ”Ukraynanın diversiya qrupu Belqoroda daxil olub”

image-reklam_sirab_01

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın diversiya qrupunun Rusiya sərhədlərinə daxil olduğunu və Rusiya təhlükəsizlik qüvvələrinin bu qrupun zərərsizləşdirilməsi üçün tədbirlər gördüyünü bildirib.
Vətəninfo.az xəbər verir ki, Qladkov rəsmi internet səhifəsində etdiyi paylaşımda Ukrayna Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat qrupunun Ukrayna ilə sərhəddəki Qrayvoron ərazisinə daxil olduğunu bildirib.

“Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Mühafizə Korpusu və sərhədçilər qrupun zərərsizləşdirilməsi üçün lazımi tədbirlər görür”, – deyə Vyaçeslav Qladkov qeyd edib.

Ukraynanın bölgəni pilotsuz uçuş aparatları və minaatanlarla hədəf aldığını qeyd edən Vyaçeslav Qladkov bölgədəki yaşayış məntəqələrinə ziyanın dəydiyini ifadə edib.

Vyaçeslav Qladov qeyd edib ki, hücumlar nəticəsində Qlotovo kəndində 2 nəfər yaralanıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki