Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.
Türkiyə mətbuatı xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı Naxçıvandan olan biri ağır olmaqla 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.