AİDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Nofəl Şərifov Səhiyyə Nazirliyi və Qlobal Fondun dəstəyi ilə İsveçrənin Cenevrə şəhərində keçirilən İİV-lə mübarizədə zərərin azaldılması mövzusunda beynəlxalq mübadilə proqramında iştirak edib.
Proqramın əsas məqsədi İİV-in yayılmasının qarşısının alınması, inyeksion narkotik istifadəçiləri arasında yoluxma risklərinin azaldılması və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi olub.
Mübadilə proqramı çərçivəsində steril ləvazimatların təminatı, istifadə olunmuş iynə və şprislərin təhlükəsiz toplanması, İİV üzrə maarifləndirmə və sürətli testlərin təşkili, eləcə də İİV aşkarlanan şəxslərin tibbi xidmətlərə və antiretrovirus terapiyaya (ART) yönləndirilməsi kimi mühüm istiqamətlər müzakirə olunub.


























