image-reklam-veteninfo
image-1niyabrbackend

İİV üzrə İşçi Qrupun iclası keçirilib

image-reklam-veteninfo

1 noyabr 2024-cü il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “İİV üzrə İşçi Qrupun iclası” adlı tədbirdə iştirak edib. Qlobal Fondun İİV/Vərəm qrantının icrası, QHT-lərin sub-resipiyent kimi seçilməsi, monitorinq nəticələri və 2025–2027-ci illər üzrə Gender Fəaliyyət Planı müzakirə olunub. İİV testlərinin genişləndirilməsi, stiqmanın azaldılması və xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tövsiyələr səsləndirilib.

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki