9 iyul 2025-ci il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “İİV və Vərəm üzrə işçi qruplarının birgə iclası” adlı tədbirdə iştirak edib. GC7 qrantının büdcəsinin azaldılması və proqram prioritetlərinin yenidən müəyyənləşdirilməsi müzakirə olunub. Qənaət təkliflərinin hazırlanması məqsədilə texniki alt-qrupun yaradılması qərara alınıb.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























