image-1backend

İki PKK-lı terroçu təslim oldu

image-reklam_sirab_01

İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftədə 36, ilin əvvəlindən bu günə qədər isə 2049 terrorçu zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müşaviri, admiral Zəki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanin şimalı da daxil olmaqla 36-sı son bir həftədə 1 yanvar tarixindən bəri 1046-sı İraqın, 1003-ü isə Suriyanın şimalında ümumilikdə 2049 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Z.Aktürk qeyd edib ki, “Bu həftə ərzində terror təşkilatının sığınacaqlarından qaçan daha iki PKK-lı Başkale və Habur sərhəd məntəqələrimizə təslim olub. Mübarizəmiz bircə terrorçu qalmayana qədər qətiyyət və əzmlə davam edəcək.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki