image-ayvazyanbackend

İlham Əliyev təkrarlayır ki, İrəvan və Sevan (Göyçə) Azərbaycan şəhərləridir.

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistanın baş nazir Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransı zamanı Azərbaycanın ərazi bütövlüyünü Erəmənistan tərəfindən tanınması, Azərbaycanla sülh sazişinin imzalanmalı olduğunu qeyd etməsi,eyni zamanda Türkiyə tərəfindən Ermənistanın Antaliyada keçiriləcək foruma dəvətinə müsbət cavab verəcəklərini bildirmələri, İrəvanda siyasi gündəmdə yeni bir müzakirə mövzusu yaradıb.

Davamlı olaraq Nikol Paşinyana və mövcud iqtidara qarşı tənqidlər səsləndirən Qriqori Ayvazyan  bildirib ki,  Azərbaycanla Ermənitan arasında sülh sazişinin bağlanması üçün rəsmi Bakı tərəfindən müəyyən ilkin şərtlər irəli sürülüb: “Həmin ilkin şərtlər bizim maraqlarımıza uyğundur, ya yox? Paşinyanın çıxışından bəlli oldu ki, Ermənistanda müəyyən dairələrin maskaları çıxarılıb. Paşinyanın açıqlamalarından da aydın oldu ki, Ermənistan siyasi elitası ilə Türkiyə-Azərbaycan hakimiyyəti arasında birbaşa sülhsevər münasibət yoxdur”. O bildirib ki, burada qərar verən Ermənistan dövləti deyil. Qriqori Ayvazyan bildirib ki,Ermənistanda hər zaman müharibə təhlükəsi var: “Çünki türklərlə danışıqlar aparmaq təhlükəlidir. Türklərin yemək yeyərkən də iştahı oyanır. İlham Əliyev təkrarlayır ki, İrəvan və Sevan (Göyçə) Azərbaycan şəhərləridir. Biz necə əmin ola bilərik ki, sabah dövlətçilikdən əl çəkib Azərbaycan vilayətinə çevrilmək tələbi olmayacaq”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki