image-reklam-veteninfo
image-1backend

İlham Əliyev Türkiyəyə səfər edəcək

image-reklam-veteninfo

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, iyunun 17-də Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan” məhəlləsi istifadəyə veriləcək.

“İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 250 mininci mənzil sahiblərinə təqdim olunacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyədə episentri Kahramanmaraş vilayətinə düşən dağıdıcı zəlzələlər baş verib.

Təbii fəlakətdən sonra Azərbaycandan Türkiyəyə 1500 tondan çox humanitar yardım göndərilib. Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tikilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki