Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.
Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Şamaxı şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda bir sıra turizm və istirahət obyektlərində olublar.
Prezident və birinci xanım “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib, həmçinin “Nəsimi Bağları” kompleksi ilə tanış olublar.
Səfərin sonuncu proqramında isə “Pirqulu Park” hotelinin açılışı olub.
Səfər zamanı Şamaxıda həyata keçirilən turizm, abadlıq və infrastruktur layihələri ilə bağlı məlumat verilib.


























