image-reklam-veteninfo
image-media-media-img_1552-mxe8cr-webric-960x640backend

İlham Əliyevin Qazaxıstan səfəri: Türk birliyinin möhkəmlənməsinə töhfə – Tənzilə Rüstəmxanlı yazır

image-reklam-veteninfo

Tənzilə

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi yadda qaldı.

Bu gün Azərbaycan və Qazaxıstan münasibətləri sadəcə “qardaşlıq” ritorikası üzərində deyil, real iqtisadi maraqlar və ortaq strateji vizyon üzərində qurulur. Prezidentin səfəri də həm türk dünyasında inteqrasiyanın yeni mərhələsinə keçidi simvolizə edir, həm də Bakı ilə Astanın regionun nəqliyyat, enerji və təhlükəsizlik xəritəsini birlikdə formalaşdıran iki əsas mərkəzə çevrildiyini nümayiş etdirir.

Eyni zamanda Prezident Kasım-Jomart Tokayevin İlham Əliyevi Astanada hava limanında şəxsən, xüsusi ehtiramla, hərbi orkestrlə qarşılaması bu səfərin sıradan bir diplomatik görüş olmadığını, iki türk dövlətinin münasibətlərində yeni mərhələnin başlandığını nümayiş etdirdi.

Azərbaycan–Qazaxıstan münasibətləri sadəcə iki dövlət arasında diplomatik əlaqələr deyil, ortaq köklərə, mənəvi yaxınlığa və strateji maraqlara söykənən qardaşlıq münasibətləridir. Bu münasibətlər regionda sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından biridir.

Dövlət başçımızın “Kazinform”a müsahibəsində də ifadə etdiyi kimi, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində aparıcı müstəvi isə, heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır və bu platforma bizə istər Azərbaycan-Qazaxıstan, istərsə də bütün türk dövlətləri ilə mədəniyyət, hümanitar və təhsil sahələrində əməkdaşlığın sistemli və ardıcıl xarakterdə davam etdirilməsinə, o cümlədən siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və bütövlükdə hümanitar əməkdaşlığın inkişafı üçün önəmli rol oynamaqdadır.

Bu mənada Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə istər aidiyyəti dövlət strukturları, istərsə də media, həmçinin vətəndaş cəmiyyəti institutlarının xüsusi marağı başa düşüləndir və ölkələrimiz arasında getdikcə dərinləşən qardaşlıq münasibətləri fonunda, heç şübhəsiz ki, qazax xalqı Azərbaycanla münasibətlərə milli maraqların və mənafelərin zəruri şərti kimi baxmaqdadır.

İlham Əliyevin bu səfəri həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində regional əməkdaşlığın yeni ritmini müəyyənləşdirdi. Azərbaycan artıq yalnız enerji və nəqliyyat marşrutlarının mərkəzində deyil, ideoloji və diplomatik sinerjinin də lokomotivinə çevrilib.

Görüşlərdə iki liderin bərabər tərəfdaşlıq ruhu ilə davranışı, bir-birinə “qardaş ölkə” kimi müraciətləri diplomatiyada formallığın yox, inam və qarşılıqlı etimadın hakim olduğunu göstərdi.

Bütün bunların fonunda İlham Əliyevin Qazaxıstana səfəri regionda yeni siyasi-iqtisadi reallığın təzahürüdür. Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi mərkəzinə çevrilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki