image-reklam-veteninfo
image-5backend

İlin ilk yarısında 90-dan çox ölkənin vətəndaşı Azərbaycanda işləmək üçün müraciət edib

image-reklam-veteninfo
Cari ilin 6 ayı ərzində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətilə məşğul olmaq üçün iş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 92 ölkə vətəndaşı müraciət edib.

Bu barədə Veteninfo.az-ın sorğusuna cavab olaraq Dövlət Miqraqsiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin yanvar – iyun ayları ərzində DMX-nə işlə bağlı 5950 müraciət daxil olub:

“Müvafiq dövr ərzində ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki