image-fb_img_1669254799786backend

İlk və ən məşhur hakerlərdən biri Kevin Mitnik

image-reklam_sirab_01

1963-cü ildə anadan olan Kevin uşaqlıqdan dələduzluğa meylli olub. Avtobuslarda havayı getmək üçün saxta bilet düzəldib. Bundan sonra frikinqlə – pulsuz telefon zəngləri və digər işlərlə məşğul olub. Məsələn, o kiminsə ev telefonunu avtomat telefon kimi qeyd etdirirdi və evdə dəstəyi qaldırıb zəng etmək istəyən adam “lütfən, 20 sent daxil edin” sözlərini eşidib şok olurdu.

Kevin 16 yaşından kompüterlə məşğul olur. İlk ciddi hakerliyi oxuduğu məktəbin məlumat bazasına daxil olmasıdır. O, qiymətlərini düzəldib əlaçı ola bilərdi, amma bunu etmir. Çünki, onu qiymətlər yox, bazaya daxil ola bilməsi maraqlandırırdı. Ümumiyyətlə, Kevin hakerlik bacarığından heç vaxt şəxsi mənafe, o cümlədən varlanmaq üçün istifadə etməyib

O, 1980-ci illərdə müxtəlif şirkətlərin, o cümlədən “köhnə dostları” olan telefon şəbəkələrinin, bundan əlavə, hərbi qurumların, hətta Pentaqonun məxfi məlumatlarına daxil olur.

Daha əvvəl də 3 ay həbsdə keçirən Kevin 1989-cu ildə yaxın dostunun ələ verməsi səbəbindən 1 il həbs olunur. Nəzarət altında azadlığa buraxılandan sonra məhkəmənin məlumat bazasından həbsi haqqında məlumatları silir, ona nəzarət eedəcək məmurun telefonunu bloklayır, hökm oxumuş hakimin hesabındakı bütün pulları başqa hesablara köçürür.

1995-ci ildə bir daha həbs olunan Mitnik 5 ildən sonra azadlığa çıxdı. Ona 3 il ərzində ev telefonundan başqa bir şeyə yaxınlaşmaq qadağan idi. 2003-cü ildə bu qadağanın müddəti bitdi və Kevin Mitnik o vaxtdan kompüter təhlükəsizliyi üzrə məsləhətçi kimi çalışır.

2000-ci ildə onun haqqında “Track Down” adlı bədii film çəkildi.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image