image-1backend

İlon Mask:”Bizim Avropaya pul xərcləməyimiz ağılsızlıqdır”

image-reklam_sirab_01

ABŞ-ın milli borcunun artması fonunda Vaşinqton Avropanın təhlükəsizliyinə həddən artıq çox pul xərcləyir. Vətəninfo.az xəbər verir ki ,  bu barədə məşhur iş adamı və milyarder İlon Mask sosial şəbəkədəki səhifəsində yazıb. “Xüsusilə böyük büdcə kəsirimiz və borcumuzun qəbuledilməz artması zamanı bunun heç bir mənası yoxdur”, – Mask vurğulayıb. SpaceX və Tesla-nın qurucusu Amerika vergi ödəyicilərinin Şimali Atlantika Alyansının ümumi xərclərinin 25 faizini xərcləmələrinə diqqət çəkib.

“Financial Times” həmçinin yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası avropalı rəsmilərə bəyan edib ki, yeni Amerika administrasiyası NATO üzvü olan ölkələrdən hərbi ayırmaları ÜDM-nin 5 faizinə çatdırmağı tələb edəcək. Eyni zamanda, onlar həmçinin qeyd ediblər ki, ABŞ Avropaya eyni hərbi ayırmaları davam etdirsə, daha əlverişli ticarət şərtləri əldə etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image