image-reklam-veteninfo
image-1backend

İlon Mask Tramp administrasiyasını tərk etdi

image-reklam-veteninfo

Milyarder sahibkar İlon Mask Tramp administrasiyasını tərk etdiyini açıqlayıb.

O, X hesabında xüsusi dövlət işçisi kimi müddətinin başa çatmaq üzrə olduğunu açıqlayıb.

“Vəzifəmin sonuna yaxın olduğum üçün Prezident Trampa israfçı xərclərin azaldılmasına kömək etmək imkanına görə təşəkkür etmək istəyirəm. DOGE-nin missiyası zaman keçdikcə daha da güclənəcək və bütün hökumət üçün həyat tərzinə çevriləcək”, – Mask yazıb.

Mask Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri vəzifəsində çalışıb və Maliyyə Effektivliyi Komissiyasının üzvü olub. Onun sözlərinə görə, işlədiyi müddətdə dövlətin səmərəsiz xərclərinin azaldılmasına diqqət yetirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki