image-1backend

İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”

image-reklam_sirab_01

“Qarabağlılar üçün bu çox böyük xoşbəxtlik və çox böyük şansdır ki, öz torpaqlarına qayıdıb orada yaşasın və xoşbəxt olsunlar. Qarabağ yenidən parlamağa başlayır”, – Xalq artisti İlqar Muradov bunu işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən belə deyir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti İlqar Muradovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image