Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünü Yenikapıda vətəndaşlarla birlikdə qeyd edən Türkiyə Bələdiyyələr Birliyinin (TBB) və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu əksəriyyəti gənclərdən ibarət olan iştirakçılarla görüşüb.
Vətəninfo.az xəbər verir ki, İmamoğlu tədbir zamanı bir çox iddialara səbəb olan diqqətçəkən açıqlamalar verib.
O, çıxışında “Artıq onların dövrü bitdi. Kifayət qədər ziyan vurdular. Millətin övladlarının hüquqlarını bərpa edəcəyik. Respublika Gününü coşğu ilə qeyd edirik. Çünki hamımız bu vəzifəyə hazırıq” deyib.
Onun açıqlaması siyasi lobbilərdə xaos yaradıb. Jurnalist İsmail Saymaz “Əkrəm İmamoğlu əslində bu gün 29 oktyabr çıxışı ilə prezidentliyə namizədliyini açıqladı” şərhini verib.
“Sözcü TV”-nin şərhçisi Altan Sancar da həmin çıxışı qiymətləndirib:
“Əkrəm İmamoğlu həm prezidentliyə namizədliyini açıqladı, həm də öz paradiqmasını ortaya qoydu. 29 may 2023-cü il səhəri o, “dəyişiklik” deyəndə, “İmamoğlunun uzun səyahəti başlayır” deyə tvit yazmışdım. Səfərin ikinci mərhələsi artıq başlayıb”.Publika.az