image-1jbackend

İmişli rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib

image-reklam_sirab_01

İmişli rayon Ağsaqqallar Şurasının akt zalında baş tutan iclasda Otuziki, Muradalılı, Nurulu, Xəlfəli, Kürdmahmudlu, Hacalmuradlı,

Bəcirəvan, Ölcələr, Soltanmuradlı, Yuxarı Qaralar, Qaravəlili, Mirili, Qaralar və Cavadxanlı kəndlərinin Ağsaqqallar Şurası üzvləri

ilə görüş keçirilib. İclası giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ağsaqqalların ölkəmizin

ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa

sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac

olduğunu diqqətə çatdırıb. İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini Rahim Zahidov bildirib ki, xalqımızın mənəvi

dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. O, bildirib ki, həmişə

ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verən, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edən Ulu

Öndərin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğı indi cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə

davam etdirilir. Digər çıxış edən ağsaqqallar hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident

hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar. Daha sonra təşkilatı məsələlərə

baxılıb. Şəhid atası Quliyev Tədbir Muradalılı, Atakişiyev Nadir Xəlfəli, Camalov Nazim Ölcələr, Aslanov Təhmiraz Qaravəlili,

Cəbrayılov Zamanxan isə Qaralar kənd Ağsaqqallar Şurasının sədri seçiliblər. Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov

Kənd Ağsaqqallar Şurasının yeni seçilmiş sədrlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki