image-1backend

İmişlidə məmur özbaşnalığı: Fuad Kərimov özünü “xəlifə” kimi aparır

image-reklam_sirab_01

Son illər Azərbaycanda bir çox sahələrdə ciddi islahatlar aparılmaqdadır. Ölkə rəhbərinin harınlamış məmurlara qarşı açıq və sərt çıxışları ictimaiyyətdə bu məsələyə böyük ümidlər yaradıb. Təəssüf ki, bəzi vəzifə səlahiyyətləri hələ də köhnə təfəkkürdən əl çəkməmiş və özlərini firon kimi aparmaqda davam edir.  Azərbaycanın elə rayonları var ki, burada məmur özbaşnalığı adi hala çevrilib. Məhz bu məmur özbaşınalıqlarının nəticəsi olaraq bir neçə rayonun icra başçısı və yaxud yüksək vəzifəli şəxsləri həbs edilib. Amma deyəsən bu həbslər hələ də bəzi məmurlara dərs olmayıb. Elə son günlər İmişlidən redaksiyamıza həyacan dolu məlumatlar gəlir. Bu məlumatları oxuduqca bir neçə il öncə İmişlidə aparılan əməliyyatlar göz önünə gəlir. Məhz həmin əməliyyatlar zamanı çoxsaylı məmur həbs edilmişdi. Görünən odur ki, hələdə  bu həbslərdən məmurlar dərs çıxarmayıblar.

Redaksiyamıza gələn şikayətlər arasında İmişli RİH İmişli şəhər üzrə nümayəndəsi Fuad Kərimovun əməlləri xüsusi diqqət çəkir.

Redaksiyamıza verilən məlumata görə F.Kərimov icra nümayəndəsi kimi ancaq öz maraqlarını gözləyib, illər boyu kapital toplamaqla məşğuldur. İmişli sakinləri arasında  xüsusi ayama ilə  tanınan bu məmur heç kimdən qorxmadığını açıq şəkildə bildirir.

Redaksiyamıza şikayət ünvanlayan İmişli sakinləri qeyd edir ki, Fuad Kərimov nümayəndəliyi bazara çevirib.

“Arayışı 2 manata, etibarnaməni isə 30, 50 manata verir. İmişlinin istənilən ərazisində obyektləri moykaları, ticarət obyektləri olan bu adama dur deyə bilən yoxdur. Fuad Kərimov hətta icra başçısını belə saymır. Gününün çox hissəsini çayxanada keçirən Fuad Kərimov “mənim icazəm olmadan heç kim rayonda iş görə bilməz , başçı bütün səlahiyyətləri mənə verib, həmdə mən rayonun meriyəm,, deyərək bir az da qabağa gedir. Biz kimdən imdad diləməliyik. Çünki rayon sakinləri olaraq  məmur özbaşnalığının qurbanına çevrilmişik”- deyə İmişli sakinləri imdad diləyir.

P.S. Qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki