image-1backend

“İndi seçki üçün uyğun zaman olduğunu düşünmürəm”- Zelenski

image-reklam_sirab_01

“İndi seçki üçün uyğun zaman olduğunu düşünmürəm”.
Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkiləri prosesi ilə bağlı verdiyi açıqlamada deyib.

V.Zelenski sosial şəbəkədəki video paylaşımında Ukraynadakı prezident seçkiləri ilə bağlı açıqlama verib.

Prezident Zelenski “İndi seçkilər üçün doğru zaman olduğunu düşünmürəm. Əgər hər hansı siyasi müzakirələrə son qoymaq və gələcək üçün birgə çalışmaq istəyiriksə, dövlətdə cəmiyyətə bütün lazımi cavabları verəcək strukturlar var. Bu yolla müzakirə sahələri yaratmırıq və Ukrayna əleyhinə oyunlara icazə vermirik” deyib.

Dövlətin müdafiəsiz qalmamasının vacibliyini dilə gətirən Zelenski dövlətin və vətəndaşın gələcəyini təyin edəcək müharibənin davam etdiyini, Rusiyanın xeyrinə olacaq hər hansı addımdan imtina etməyin lazım gəldiyini vurğulayıb.

Ukrayna parlamentinin (Rada) üzvü Aleksey Qonçarenko dünən iddia edib ki, Zelenskiy 2024-cü il martın 31-də keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı göstəriş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki