İndoneziyada “qızıl viza”nın tətbiqi son mərhələdədir və o, yaxın bir neçə həftə ərzində istifadəyə veriləcək. Vətəninfo.az xəbər verir ki, bunun ölkənin turizm və kreativ iqtisadiyyat naziri Sandiaga Uno bildirib.
İndoneziyaya səfər edən xarici vətəndaşlar bu “qızıl viza”nın verilməsi üçün bir sıra meyarlara cavab verməli və bank hesablarında kifayət qədər vəsaitə malik olmalıdırlar.
Bu “qızıl viza”nın beş ildən on il müddətinə verilməsi planlaşdırılır.
Sandiaga Uno ümid edir ki, bu yeni viza növü İndoneziyaya, xüsusən də Bali adasına “etibarlı turistləri” cəlb etməyə kömək edəcək. Bundan əlavə, o, ölkəyə belə giriş icazəsinin xarici investorları maraqlandıracağına inanır.


























