image-reklam-veteninfo
image-1backend

İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 500-ü ötüb

image-reklam-veteninfo

İndoneziyanın Sumatra adasında baş vermiş dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 500-ü keçib. Vətəninfo.az xəbər verir ki, bu barədə AFP xəbər agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Əvvəlki məlumatlara görə, ölü sayı 417 nəfər göstərilmişdi.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, fəlakət bölgədə keçən həftənin sonundan bəri davam edən leysan yağışlar səbəbindən baş verib. Palçıq sürüşmələri evlərə, yollara və mühüm infrastruktura ciddi ziyan vurub, ən çox təsirlənmiş rayonlarda xilasetmə əməliyyatlarını çətinləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki