image-1backend

İndoneziyada daşqın qurbanlarının sayı 41 nəfərə çatıb

image-reklam_sirab_01

İndoneziyanın qərbində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Bu barədə Vətəninfo.az  France24-ə istinadən xəbər verir.

Genişmiqyaslı daşqınların baş verdiyi Sumatra adasında ən azı 17 nəfər itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Bir neçə saat davam edən güclü yağışlar nəticəsində Sumatra adasındakı aktiv vulkanlardan birindən vulkanik qayalar da yuvarlanıb. Evlərə, körpülərə və məscidlərə, həmçinin düyü sahələrinə ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki